13 iyun 2025, cümə Bakı, 21°C
IMG-LOGO

Ankarada tapılan kral ailəsinə aid kurqan dünya gündəmində

11-06-2025
IMG

Vaxtilə Frigiya Krallığının paytaxtı olan, Ankaranın cənub-qərbində yerləşən qədim Qordion şəhərində Kral Midasın qohumuna aid olduğu güman edilən kral məzarı tapılıb.

Kəşf dünya mətbuatında diqqəti cəlb edib, beləki, aparıcı arxeologiya və məşhur elmi nəşriyyatlar arxeoloji kəşfi işıqlandıran məqalələr dərc edirlər. Kəşf həmçinin Frigiya krallığından olan görkəmli bir şəxsə aid olduğu bildirilən onlarla nadir əsər, eləcə də yandırılmış insan sümüklərini üzə çıxarıb. Bütün bunlar sözügedən kurqanda aşkar edilmişdir.

Türkiyənin Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy bildirib ki, bu əsərlərə əsasən, dəfn otağında olan şəxsin Gordion və Midasla əlaqəli kral ailəsinin üzvü ola biləcəyi təxmin edilir. Eramızdan əvvəl 8-ci əsrdə krallığı əvvəlcə Qordias, sonra toxunduğu hər şeyi qızıla çevirmək hekayəsi ilə məşhur olan oğlu Midas idarə edib.

Bununla belə, Gordion əsrlər boyu dəfələrlə işğal edilib və arxeoloqlara qazıntı işləri aparmaq üçün mürəkkəb istehkamlar, türbələr və evlər buraxıb.

Qordionda tapılan ən böyük məzar “Midas kurqan” adlanır. 120-dən çox kurqandan biri olan türbə təxminən eramızdan əvvəl 740-cı ildə tikilib və yüksək statuslu bir şəxsin, ehtimal ki, Midasın atası Qordianın məzarı olub. Yeni elan edilən türbə Qordionda qazılmış 47-ci kurqandır. Gordion qazıntısının rəhbəri arxeoloq Yücel Şenyurt bildirib ki, kurqan təxminən 8 metr hündürlükdə və 60 metr diametrindədir. Şenyurt kurqanda bu günə qədər ərazidə tapılan ən qədim krematoriumun olduğunu da bildirib.

Qordionda qazıntılar 75 ildir davam edir, lakin arxeoloqlar hələ də qazılacaq çoxlu məzar və yaşayış məntəqələrinin olduğunu deyirlər. Kəşf aparıcı məşhur elm saytlarında nümayiş etdirilib, “HeritageDaily” və “Arkeonews” kimi tanınmış arxeoloji saytlar da tapıntılara maraq göstərib. Midasın qohumuna aid olduğu düşünülən kurqanın tapılması Yunan və İngiltərə mətbuatı ilə yanaşı, İsrail mətbuatında da geniş işıqlandırılıb.

Paylaş: