13 iyun 2025, cümə Bakı, 22°C
IMG-LOGO

Ötən ay vergi orqanlarına daxil olmuş müraciətlərin sayı açıqlanıb

11-06-2025
IMG

Cari ilin may ayında ümumilikdə vergi orqanlarına 32 min 985 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz azdır.

Dövlət Vergi Xidmətindən  bildirilib ki, daxil olmuş müraciətlərdən 94,2 faizi ərizə, 5,7 faizi şikayət, 0,1 faizi təklif olub, 26 müraciətin icrası nəzarətə götürülüb. Daxil olmuş müraciətlərdən 65,1 faizinin baxılması hesabat dövründə başa çatdırılıb, 34,9 faizi isə hazırda icradadır.

Baxılması başa çatdırılmış müraciətlərdən 65,7 faizi həll olunub, 33,1 faizi ilə bağlı müvafiq izahat verilib, digərləri barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Həll olunmuş 150 sayda faktiki şikayət əsasən kameral vergi yoxlamaları, vergiödəyicisinin qeydiyyatı, şəxsi hesab vərəqələri, maliyyə sanksiyalarının silinməsi, vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi) və digər məsələlərlə bağlı olub.

May ayı ərzində Dövlət Vergi Xidmətinin aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 82 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb.

Paylaş: