12 iyun 2025, cümə axşamı Bakı, 24°C
IMG-LOGO

Antarktidanın bir bölgəsində son 15 ildə pinqvinlərin sayı 22 faiz azalıb

10-06-2025
IMG

Antarktika yarımadası, Veddell və Bellinqshauzen dənizlərini əhatə edən bölgədə imperator pinqvin populyasiyasının 15 ildə 22 %  azaldığı müəyyən edilib. İngilis Antarktika Araşdırma İnstitutunun (BAS) internet saytında paylaşılan araşdırmada tədqiqatçılar 2009-2024-cü illər arasında əldə edilən peyk görüntülərindən bölgədə yaşayan imperator pinqvin koloniyasını araşdırıblar.
Tədqiqatçılar təyin olunmuş tarixlər arasında imperator pinqvin populyasiyasının 22 % azaldığını müəyyən ediblər.

Qeyd olunub ki, imperator pinqvin populyasiyasının azalması dəniz buzlarının əriməsi ilə bağlıdır. Tədqiqat çərçivəsində hazırkı qlobal istiləşmə sürətlərinin davam edəcəyi təqdirdə pinqvinlərin 2100-cü ilə qədər nəsli kəsilmək təhlükəsi ilə üzləşəcəyi təxmin edilib. Məlumatları təhlil edən tədqiqatçı Peter Fretvellin sözlərinə görə, dəniz buzu pinqvinlər üçün çox vacibdir, çünki onlar çoxalır və bununla qidalanırlar.

İqlim dəyişikliyi səbəbiylə ilin əvvəlində dəniz buzunun parçalanmasının bəbir suitiləri və orkalar kimi yırtıcıların koloniyalara yaxınlaşmasına imkan verdiyini söyləyən Fretvel, "Okeanların istiləşməsi və yağıntıların dəyişməsi pinqvin balalarının sağ qalma sürətinə də təsir edə bilər"-deyə bildirib.

Tədqiq olunan koloniyalar Antarktidada yaşayan imperator pinqvinlərin ümumi sayının təxminən 30 faizini təşkil edir.

Paylaş: