Naxçıvanda dönərdən 17 nəfər zəhərlənib
"Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzi" Publik Hüquqi Şəxsdən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə Naxçıvan şəhəri Heydər Əliyev prospektində yerləşən “Kassap Döner” dönərxanasında 17 nəfərin qidadan zəhərlənməsi barədə məlumat daxil olub.
Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, agentlik tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Şübhəli məhsulların toxunulmazlığı təmin edilib, dönərxananın fəaliyyəti dayandırılıb.
Faktla bağlı araşdırma aparılır, nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
Məktəbəqədər təhsildə yeniliklər: Özəl...
FHN-in Şimal-qərb Regional Mərkəzində...
Leysan olacaq, dolu düşəcək -...
FHN İnsan Hüquqları Aylığı ilə əlaqədar...
Azərbaycanda 106 mindən çox yeni nəsil...