12 iyun 2025, cümə axşamı Bakı, 24°C
IMG-LOGO

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu azaldıb

11-06-2025
IMG

Dünya Bankı ticarət gərginliyi və siyasi qeyri-müəyyənlik səbəbindən qlobal iqtisadi artım proqnozunu azaldıb.

Fhnews.az xəbər verir ki, bu barədə məlumat Dünya Bankının son yarımillik “Qlobal iqtisadi perspektivlər” hesabatında yer alıb. Hesabatda 2025-ci il üçün qlobal iqtisadi artım proqnozu yanvarda ehtimal olunan 2,7 faizdən 2,3 faizə, 2026-cı il üçün isə 2,7 faizdən 2,4 faizə endirilib.

Qabaqcıl iqtisadiyyatların artımının cari ildə əvvəllər proqnozlaşdırılan 1,7 faizdən 1,2 faizə enəcəyi gözlənilir. İnkişaf etməkdə olan bazar və iqtisadiyyatların artım proqnozu isə 0,3 faiz azalaraq 3,8 faizə düşüb.

2025-ci ildə ABŞ-da ümumi daxili məhsulun 1,4 faiz artacağı gözlənilir ki, bu da əvvəlki proqnozdan 0,9 faiz azdır, 2024-cü ildə qeydə alınan 2,8 faizlik artımın isə yalnız yarısına bərabərdir.

Avropa İttifaqında və Yaponiyada bu il artımın əvvəlki təxminlərdən müvafiq olaraq 0,3 və 0,5 faiz azalaraq 0,7 faiz olacağı, Çinin 2025 və 2026-cı illər üçün artım proqnozlarının isə dəyişməz qalacağı gözlənilir.

Hesabatda qeyd edilir ki, dünya iqtisadiyyatı növbəti “turbulentliklə” üzləşib, halbuki altı ay əvvəl onun “yumşaq eniş” trayektoriyasına daxil olduğu görünürdü.

Paylaş: