13 iyun 2025, cümə Bakı, 26°C
IMG-LOGO

Cibuti yaxınlığında qayığa basqın nəticəsində 8 nəfər ölüb

12-06-2025
IMG

Cibuti sahillərində mühacirləri daşıyan qayığa quldur basqını nəticəsində azı 8 nəfər həyatını itirib, 22 nəfər isə itkin düşüb.

Fhnews.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının iyunun 11-də yayımladığı bəyanatda deyilir.

Qeyd olunur ki, təxminən 150 miqrantı daşıyan qayıq iyunun 5-də açıq dənizdə saxlanılıb. Daha sonra sərnişinlər dənizə atılmağa məcbur ediliblər. Üzərək sahilə çıxa bilməyən insanlar boğularaq ölüblər. Xilasetmə qüvvələri indiyədək 5 nəfərin cəsədini çıxara bilib. Axtarışlar davam edir.

Basqının səbəbi haqqında məlumat verilmir.

Paylaş: