Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 1 milyard dolları ötüb
Cari ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz artaraq 1,4 milyard dollar təşkil edib.
Fhnews.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın iyun sayına dair ilkin göstəricilərinə istinadən xəbər verir ki, hesabat dövründə yeyinti məhsulları üzrə ixrac 14,4 faiz artaraq 417,7 milyon dollara bərabər olub.
İcmala əsasən, beş ayda ixrac olunan kimya sənayesi məhsulları ötən ilin müvafiq dövrünə nəzərən 46,8 milyon dollar və ya 45,9 faiz, şəkər 3 milyon dollar və ya 30,1 faiz, pambıq iplik 1,3 milyon dollar və ya 14,5 faiz, meyvə-tərəvəz 48 milyon dollar və ya 19,1 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 3,8 milyon dollar və ya 11,3 faiz artıb.
Qeyd olunan dövrdə ixrac olunan aqrar məhsullar 17,2 faiz artaraq 331,2 milyon dollar, aqrar-sənaye məhsulları 5,9 faiz artaraq 115,6 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 14 faiz artaraq 446,7 milyon dollar təşkil edib.
Azərbaycan-BƏƏ tərəfdaşlığının inkişafı...
Azərbaycana məxsus “Murovdağ” gəmisi...
Azərbaycanla Beynəlxalq Enerji Agentliyi...
Gəncədə 22 müntəzəm avtobus marşrutu...
Fransa şirkəti ilə alüminium sənayesi...