Avropada quraqlıq xəbərdarlığı
Orta Menzilli Hava Proqnozları üzrə Avropa Mərkəzinə bağlı olan Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S) elan edib ki, dünya üzrə orta səth temperaturu 2025-ci ilin may ayında 15,79°C-ə çatıb.Bu isə 1991-2020-ci illərin orta göstəricisindən 0,53°C yuxarıdır. Bu dəyər sənayedən əvvəlki dövrdə 1850-1900-cü illərin orta göstəricisindən 1,4°C yuxarıdır. Mütəxəssislər bildirirlər ki, bu temperatur artımı 2015-ci il Paris İqlim Müqaviləsində müəyyən edilmiş 1,5°C həddini qısa müddət ərzində də keçməyib. Bununla belə, qlobal istiləşmənin davam etdiyi və son 10 ilin ən isti illər arasında olduğu vurğulanır.
2025-ci ilin yaz ayları bütün Avropada, xüsusən də şimal-qərb bölgələrində olduqca quraq keçib. Quraqlıq bir çox ölkələrdə, xüsusən də Böyük Britaniyada hiss olunub və fermerlər bəzi bölgələrdə məhsul itkisi barədə məlumat veriblər. Kopernik məlumatlarına görə, Türkiyə, Ukrayna, Rusiyanın cənubu, şimal və mərkəzi Avropada 2025-ci ilin may ayında yağıntılar orta səviyyədən xeyli aşağı qeydə alınıb. Bəzi bölgələrdə 1979-cu ildən bəri ən aşağı torpaq rütubəti və yağıntı səviyyəsi də müşahidə olunub.
Qlobal miqyasda oxşar quraqlıqlar Şimali Amerika, Afrika Buynuzu, Afrikanın cənubu, Cənubi Amerika, Mərkəzi Asiya və Avstraliyanın cənubunda baş verib.
86 milyon illik yeni dinozavr növü aşkar...
BMT QAK qlobal miqyasda qaçqın və...
Hindistanda qəzaya uğrayan “Air India”...
Hindistanda qəzaya uğrayan təyyarədə 53...
Dünya okeanının səthində temperatur...