12 iyun 2025, cümə axşamı Bakı, 24°C
IMG-LOGO

Bülövqaya yaşayış yerindəki tapıntılar Ubeyd tayfalarının Naxçıvan ərazisində məskən saldığını təsdiqləyir

11-06-2025
IMG

Cari il mayın 19-dan AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Vəli Baxşəliyevin rəhbərlik etdiyi Bülövqaya arxeoloji ekspedisiyası arxeoloji qazıntılar aparır.

Bölmənin mətbuat xidmətindən bildirilib ki, Babək rayonunun Göynük kəndi yaxınlığında yerləşən Bülövqaya yaşayış yerində aparılan arxeoloji qazıntılar zamanı Ubeyd mədəniyyətinə aid maddi mədəniyyət nümunələri, o cümlədən boyalı keramika, mədənçilik alətləri, obsisian parçaları aşkar olunub.

Araşdırmalar nəticəsində müəyyən edilib ki, bu maddi mədəniyyət nümunələri, yarımköçəri həyat tərzi keçirən tayfaların şimala, o cümlədən Naxçıvana doğru hərəkəti ilə bağlı olub. Ubeyd tayfalarının şimala doğru hərəkəti Cənubi Qafqazın bol otlaqları, zəngin xammal mənbələri, o cümlədən obsidian və mis yataqları ilə əlaqədardır. Bu tapıntılar Azərbaycanla Şimali Mesopotamiya arasında sıx iqtisadi-mədəni əlaqələrin mövcud olduğunu, Yaxın Şərqə şəhərləşməni gətirən Ubeyd tayfalarının Naxçıvan ərazisində məskən saldığını təsdiqləyir.

Paylaş: