13 iyun 2025, cümə Bakı, 23°C
IMG-LOGO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ekskursiya təşkil edilib

11-06-2025
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Abşeron Sosial Xidmət Mərkəzi tərəfindən əlilliyi olan uşaqlar və onların valideynləri üçün Milli İncəsənət Muzeyinə ekskursiya təşkil edilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, “İnsan Hüquqları Aylığı” çərçivəsində təşkil olunan tədbirin məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların dünyagörüşünü inkişaf etdirmək və insan hüquqları, xüsusilə də uşaq hüquqları mövzusunda maarifləndirməni gücləndirməkdir.

Görüş çərçivəsində uşaqlar üçün “Təsviri sənətdə uşaq obrazları” mövzusunda mühazirə, tematik ekskursiya və ustad dərsi təşkil olunub.

Uşaqlar təsviri sənətin incəlikləri, klassik və müasir dövrə aid uşaq obrazlarının sənətdə əksi ilə tanış olub, interaktiv müzakirələrdə iştirak ediblər.

Paylaş: