Agentlik: 108 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb
Mayın 6-dan etibarən həyata keçirilən 2025-2026-cı tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, bu günə qədər 108 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.
Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.
İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə alternativ qeydiyyat mərkəzlərinə, agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə və “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.
Qeyd edək ki, qəbul prosesi sentyabrın 12-dək davam edəcək.
Xaricdə təhsil almaq istəyən tələbələr...
Xaricdə ali təhsil almış şəxslər üçün...
Azərbaycan və Çin arasında süni...
Dövlət orqanlarında vakant inzibati...
Əqli Mülkiyyət Agentliyinin KOBİA və...