Ağdam Sənaye Parkında velosiped istehsal olunacaq
“Qarabike” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidentliyi statusu verilib.
İZİA-dan bildirilib ki, yeni qeydiyyata alınan rezident tərəfindən sənaye parkının ərazisində velosiped istehsalı layihəsi həyata keçiriləcək. Layihənin investisiya dəyəri 8,6 milyon manatdır.
Çinin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisədə ilkin mərhələdə il ərzində 44 min ədəddən çox velosiped istehsal olunacaq, növbəti mərhələdə isə illik istehsal gücünün 70 min ədədə çatdırılması planlaşdırılır.
Qeyd edək ki, Ağdam Sənaye Parkında hazırda 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye parkında görülmüş işlərə sahibkarlar tərəfindən 115 milyon manatdan çox investisiya yatırılıb, 650 nəfərdən çox daimi iş yeri yaradılıb.
FHN-in Qarabağ Regional Mərkəzi “Gənc...
BDYPİ skuterlə hərəkət edənlərə...
Həkim-allerqoloq: Uşaqlarda daha çox süd...
Məktəbəqədər təhsildə yeniliklər: Özəl...
FHN-in Şimal Regional Mərkəzində...