12 iyun 2025, cümə axşamı Bakı, 24°C
IMG-LOGO

Napoleonun papağı 500 min avroya satışa çıxarılıb

10-06-2025
IMG

İyunun 25-də “Sotheby's” hərrac evi  Parisdə İmperator Napoleonun mebeldən tutmuş möhürlərə, rəsm əsərlərinə qədər şəxsi əşyalarını satışa çıxarır. Bütün əşyalar və artefaktlar Napoleon mütəxəssisi Pierre-Jean Chalenconun uzun illər ərzində topladığı geniş kolleksiyadan gəlir. Hərracın mərkəzi hissəsi Napoleonun adı ilə bağlı olan ikibuynuzlu papaqdır. 500 min avroya satışa çıxarılan papaq Napoleonun rəsmi papaq ustası Poupard tərəfindən hazırlanıb və kralın etibarlı komandiri general Mouton tərəfindən ona hədiyyə edilib.

Paylaş: