12 iyun 2025, cümə axşamı Bakı, 24°C
IMG-LOGO

Türkiyənin ən böyük sualtı göl mağarası: Altınbeşik Mağarası

11-06-2025
IMG

Antalyanın İbradı rayonunda yerləşən Altınbeşik Mağarası Türkiyənin birinci, Avropanın isə üçüncü ən böyük sualtı gölü mağarasıdır.
Təxminən 2500 metr uzunluğunda olan mağara stalaktit, stalagmit, sütun və travertin formasiyalar ilə ziyarətçiləri cəlb edir. Mağara içərisində qayıqlarla həyata keçirilən turlar sayəsində ziyarətçilər mağaranın təbii gözəlliklərinə də yaxından şahidlik edə bilərlər.
Qeyd edək ki, mağaranın havası çox rütubətlidir, yayda və qışda temperatur 16-18 °C civarındadır. Altınbeşik Mağarası Türkiyənin ən gözəl mağaralarından biridir. Ətrafın karst topoqrafiyası və şam meşələri gözəl mənzərə yaradır. Mağara çox uzun və böyük yeraltı sistemin çıxış ucunda yerləşir. Kızılova, Kambos və Söbücenin suyunu çəkən bu böyük sistem, Oruç Düdən Mağarasının altındakı Altınbeşik-Düdensuyu mağarasında bitir. Beləliklə, bu böyük yeraltı su sistemi dünyanın ən uzun və ən böyük karst sistemlərindən biridir. Mağaradan çıxan su yerin altından Beyşehir gölünə bağlanır.

Paylaş: