12 iyun 2025, cümə axşamı Bakı, 24°C
IMG-LOGO

Alimlər Misirdə ikinci gizli şəhəri aşkar ediblər

10-06-2025
IMG

Daha əvvəl Misirdə yeraltı gizli şəhər tapan italiyalı tədqiqatçılar qrupu daha bir gizli şəhər aşkar edib. Onlar bildiriblər ki, bu, yerin təqribən 2 min fut (təxminən 910 metr) altında kult Giza piramidalarını birləşdirən nəhəng yeraltı kompleksin mövcudluğunu sübut edir.

Fhnews.az xarici mətbuata istinadla xəbər verir ki, Xafra piramidasının altında nəhəng yeraltı strukturunun tapıldığı ilk dəfə mart ayında elan edilib, lakin bu, aparıcı arxeoloqlar tərəfindən kəskin tənqidə səbəb olub. Onlar nəticələrin “yanlış” və elmi əsası olmadığını bəyan ediblər, çünki georadarların yerin altında o qədər dərinliyi görə bilmədiyi iddia edilirdi. Bununla belə, bir neçə ay sonra komandanın üç əsas piramidadan ən kiçiyi olan Menkaura piramidasının altında oxşar şaxtalar aşkar etdiyi bildirilir.

Şotlandiyanın Stratklayd Universitetinin radiolokasiya mütəxəssisi və tədqiqatın həmmüəllifi Filippo Biondinin sözlərinə görə, komandanın əldə etdiyi məlumat Menkauranın Xafra ilə eyni sütunlara sahib olması ehtimalının 90 faiz olduğunu göstərir.

Komanda bu ehtimala “eksperimental ölçmələr kimi, Xafranın altında müəyyən edilən strukturların Menkauranın altında da mövcud olduğunu güclü şəkildə ortaya qoyan tomoqrafiya məlumatlarının obyektiv təhlili yolu ilə gəlib.

“Biz Giza tikililərinin bir-biri ilə qarşılıqlı əlaqədə olduğuna qəti əminik ki, bu da piramidaların nəhəng yeraltı infrastruktur kompleksinin aysberqinin sadəcə görünən hissəsi olduğuna dair fikirlərimizi dəstəkləyir. Bu şəbəkə çox güman ki, əsas yeraltı strukturları birləşdirən sıx tunellər sistemindən ibarətdir”, - deyə Biondi qeyd edir.

Filippo Biondi və onun komandası strukturların təxminən 38 min il əvvəl yox olmuş qədim sivilizasiya tərəfindən tikildiyini ehtimal edir. Bununla belə, arxeoloqlar üç piramidanın yaşının cəmi 4500 il olduğunu təxmin edirlər. Tədqiqatçıların xronologiyası yüksək inkişaf etmiş tarixdən əvvəlki cəmiyyətin təxminən 12 800 il əvvəl qlobal kataklizm - məsələn, Yerin kometa ilə toqquşması nəticəsində məhv edildiyi nəzəriyyəsinə əsaslanır.

Daşqınlar və xaos nəticəsində bu sivilizasiyanın əksər izləri məhv olub, sağ qalanlar isə astronomiya, mühəndislik və məbəd memarlığı sahəsində biliklərini sonrakı mədəniyyətlərə, o cümlədən qədim misirlilərə ötürüblər.

Paylaş: