Azərbaycanda keçiriləcək MDB Oyunlarında 246 medal dəsti uğrunda mübarizə gedəcək
Azərbaycanda keçiriləcək III MDB Oyunlarında 23 idman növü üzrə 246 medal dəsti uğrunda mübarizə aparılacaq.
Bakı Şəhər Halqasından verilən məlumata görə, ən çox medal üzgüçülük üzrə (40 dəst) olacaq. Komanda idman növlərində – futbol, voleybol, 3x3 basketbol və çövkən üzrə də qaliblər və ən dəyərli oyunçular (MVP) müəyyənləşəcək.
Qeyd edək ki, III MDB Oyunları bu il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Yarışlar 12 idman məkanında keçiriləcək.
Oyunlarda MDB-yə üzv və dəvət olunmuş ölkələrin idmançı və rəsmi nümayəndələrin iştirakı gözlənilir.
Avarçəkmə üzrə açıq Bakı birinciliyi...
Azərbaycanın voleybol yığmaları bu gün...
Bakıda akrobatika gimnastikası üzrə...
Azərbaycanda keçiriləcək MDB Oyunlarında...
Qan laxtalanmasında K vitamininin rolu...