Filippin Respublikasının Prezidenti Zati-aliləri cənab Ferdinand Romualdez Markosa
Hörmətli cənab Prezident,
Filippin Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Filippin arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Filippin xalqına əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyun 2025-ci il
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin...
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin...
Türk Dövlətləri Təşkilatına üzv...
Syerra-Leone Respublikasının Prezidenti...
Böyük Britaniya və Şimali İrlandiya...