Sosial cəhətdən həssas təbəqədən olan ailələrə 2024-cü ildə 800 ədəd mənzil və 93 ədəd avtomobil verilib
Sosial cəhətdən həssas təbəqədən olan ailələrə 2024-cü ildə 800 ədəd mənzil və 93 ədəd avtomobil verilib.
Fhnews.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2024-cü ilin yekunlarına dair hazırladığı hesabatda qeyd olunub. Bildirilib ki, əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində 354 nəfər (85 nəfər sertifikat alıb) əlilliyi olan gənc peşə hazırlığı kurslarına cəlb olunub. Fəaliyyət göstərən 13 sosial müəssisədə həssas əhali qruplarından olan 2 min 813 şəxsə sosial xidmət göstərilib. Həmçinin, 2024-cü ildə 6 uşaq evi və 2 ailə tipli kiçik qrup evi nazirliyin tabeliyinə verilib, həmin müəssisələrdə 548 nəfərə xidmət göstərilib.
FHN: Ötən sutka ərzində 28 yanğına çıxış...
ADY-nin qatarları qarlı-çovğunlu hava...
AZAL-ın təyyarələri qarlı-çovğunlu hava...
Qubada zəlzələ baş verib...
Xocalı rayonunda mina hadisəsi baş...