Son 1 həftədə Egeydə 570 zəlzələ qeydə alınıb
AFAD xəbər verir ki, yanvarın 28-dən bu gün yerli vaxtla saat 15.50-dək Türkiyədə Egey dənizində 570 zəlzələ qeydə alınıb.
Zəlzələ fırtınası şəklində inkişaf edən bu fəaliyyət nəticəsində 1-2 arası 100, 2-3 arası 255, 3-4 arası 182 ve 4-5 arası 33 zəlzələ meydana gəlib. İndiyədək ən böyük zəlzələ 4,9 bal gücündə qeydə alınıb.
Zəlzələlər Santorini adasından təxminən 25 kilometr şimal-şərqdə, dərinlikləri 5 ilə 25 kilometr arasında artıb. AFAD vətəndaşlara sosial mediada dezinformasiya xarakterli paylaşımlara qarşı diqqətli olmağı tövsiyyə edib.
Dəqiq məlumat üçün rəsmi mənbələrdən verilən açıqlamaların nəzərə alınmasının vacibliyi vurğulanan bəyanatda aşağıdakı ifadələr yer alıb:
“Ölkəmizdə alim və tədqiqatçılar sözügedən seysmik aktivliyi AFAD ilə razılaşdıraraq müxtəlif rakurslardan (zəlzələ, vulkanik aktivlik, sunami və s.) qiymətləndirirlər. Vətəndaşlarımızdan xahiş olunur ki, sosial şəbəkələrdə yayıla biləcək dezinformasiya xarakterli yazılara etibar etməsinlər və dəqiq məlumat üçün rəsmi mənbələri izləsinlər.”
Gen terapiyası körpələrdə görmə...
Üzün tanınmasında beynin hansı bölgələri...
İngiltərənin yoxsul bölgələrində...
Türkiyədə sərnişin avtobusu aşıb, 37...
Braziliyada avtobusla yük maşını...