Qazaxıstan əhalisinin sayı 20,2 milyon nəfəri keçib
2025-ci il yanvarın 1-də Qazaxıstan əhalisinin sayı 20 286 084 nəfərə çatıb.
Fhnews.az Qazaxıstan Milli Statistika Bürosuna istinadla xəbər verir ki, əhalinin 12 milyon 774 min 743 nəfəri şəhərlərdə, 7 milyon 511 min 341 nəfəri isə kənd yerlərində yaşayır.
2024-cü ildə əhalinin ümumi artımı 252 242 nəfər olub. Bunlardan təbii artım 235 078 nəfər, miqrasiya artımı isə daha 17 164 nəfər təşkil edib.
Əhalinin daha çox dinamik artımı ölkənin ən iri şəhərlərində müşahidə olunur: Astanada 6,91 faiz, Almatıda 2,86 faiz, Şımkentdə isə 2,80 faiz artım qeydə alınıb.
Gen terapiyası körpələrdə görmə...
Üzün tanınmasında beynin hansı bölgələri...
İngiltərənin yoxsul bölgələrində...
Türkiyədə sərnişin avtobusu aşıb, 37...
Braziliyada avtobusla yük maşını...