22 fevral 2025, şənbə Bakı, 0°C
IMG-LOGO

Parlament “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən dəyişikliyi təsdiqləyib

03-02-2025
IMG

Milli Məclis “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təsdiqləyib.

Fhnews.az xəbər verir ki, qanun layihəsi parlamentin fevralın 3-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Belə ki, “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əmək pensiyasının minimum məbləğinin 2025-ci ilin fevralın 1-dən 320 manat məbləğində müəyyənləşdirilməsi təklif olunub.

Paylaş: