Ötən il Azərbaycana gətirilən ekoloji təmiz minik avtomobillərinin sayı rekord həddə çatıb
Son 5 ildə Azərbaycana 374 min 148 ədəd minik avtomobili idxal olunub.
Bu barədə Media Təhlil Mərkəzi məlumat verib.
Qeyd olunub ki, bu müddət ərzində ən az minik avtomobili idxalı 2020-ci ildə (49 min 692 ədəd) qeydə alınıb və bu, pandemiyaya görə xarici ticarət əlaqələrində yaranan fasilələr ilə bağlı olub.
Son 5 ilin ən yüksək göstəricisi 2023-cü ildə qeydə alınıb və həmin il ölkəyə 88 min 151 minik avtomobili idxal olunub. 2024-cü ildə isə Azərbaycana idxal olunan minik avtomobillərinin sayı əvvəlki ilin göstəricisi ilə müqayisədə 6,5 faiz azalaraq 82 min 434 ədəd təşkil edib.
Son 3 ildə ölkəyə idxal olunan minik avtomobillərinin orta qiymətində ciddi artım müşahidə olunub. Aşağıdakı cədvəldən də göründüyü kimi, 2022-ci ildə ölkəyə idxal olunan minik avtomobillərinin orta qiyməti 34,2 faiz artaraq 35 min 540 manat, növbəti ildə daha 39,8 faiz artaraq 49 min 679 manata yüksəlib.
“Kommunal xidmətlərlə bağlı vahid...
Xocalıda məskunlaşma olan yaşayış...
AYNA qeyri-sabit hava şəraiti ilə...
Hava şəraiti ilə əlaqədar müşavirə...
Azərbaycan ilə Belçika arasında işgüzar...