22 fevral 2025, şənbə Bakı, 0°C
IMG-LOGO

Ötən ay DSMF-də 2025 vətəndaş müraciəti cavablandırılıb

03-02-2025
IMG

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 2025-ci ilin yanvar ayı ərzində 2025 vətəndaş müraciəti cavablandırılıb.

Bu barədə DSMF-nin mətbuat xidmətindən məlumat verilib.

Müraciətlərin 718-i ünvanlı dövlət sosial yardımı, 577-si pensiya təyinatı, 421-i sosial müavinət və təqaüd, 19-u sosial sığorta və fərdi uçot, 290-ı isə digər istiqamətlər üzrə olub.

Paylaş: