22 fevral 2025, şənbə Bakı, 0°C
IMG-LOGO

Ötən ay 3583,8 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

03-02-2025
IMG

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən yanvar ayında yerinə yetirilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 505, tank əleyhinə 257 mina və 1497 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən ay ərzində 3583,8 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Paylaş: