22 fevral 2025, şənbə Bakı, 0°C
IMG-LOGO

Milli Depozit Mərkəzinin qaynar xətt nömrəsi yenilənib

03-02-2025
IMG

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) investorlara daha effektiv xidmət göstərməsi, məlumat əlçatanlığının və xidmət keyfiyyətinin artırılması məqsədilə Çağrı Mərkəzinin qaynar xətt nömrəsini yeniləyib.

MDM-dan verilən məlumata görə, fevralın 3-dən etibarən vətəndaşların Milli Depozit Mərkəzinə müraciətləri “966-0” nömrəsi ilə deyil, yeni “966-9” qısa nömrəsi vasitəsilə qəbul ediləcək. Bu yeniləmə müasir texnologiyaların tətbiqi əsasında müraciət proseslərini sadələşdirmək, investor sorğularına dəqiq və operativ cavab vermək üçün həyata keçirilib. Yeni nömrəyə həm stasionar, həm də mobil telefonlardan zəng etmək mümkündür.

Çağrı Mərkəzi iş günləri ərzində saat 09:00-dan 18:00-a qədər fasiləsiz fəaliyyət göstərir.

Paylaş: