22 fevral 2025, şənbə Bakı, 0°C
IMG-LOGO

İqlim dəyişikliyi insanlarda psixi problemlər yarada bilər

03-02-2025
IMG

İnsanlarda görülən psixi problemlərin səbəbləri arasında genetik xüsusiyyətlər, travmatik hadisələr, fiziki xəstəliklər və sosial mühit kimi məlum faktorlarla yanaşı, iqlim dəyişiklikləri də diqqət çəkir.İqlim dəyişikliyinə görə insanların psixoloji vəziyyətləri ilə bağlı alimlər həyəcan təbili çalır. Türkiyəli alim professor  Umut Mert Aksoy qlobal istiləşmə nəticəsində baş verən iqlim dəyişikliyinin bütün dünyaya təsir etdiyini bildirib.

İqlim dəyişikliyinin səbəb olduğu bəzi narahatlıq və depressiv əhval-ruhiyyənin bu gün çox tez-tez rast gəlindiyini deyən Aksoy  bu vəziyyətin xüsusilə insanlarda gələcəyə dair qeyri-müəyyənlik yaratdığını bildirib. Aksoy "İqlim dəyişikliyi insanlarda bəzi psixoloji problemlər yarada bilər. Xüsusilə gənclərdə çarəsizlik, ümidsizlik, xroniki narahatlıq, depressiya və bu vəziyyətin öhdəsindən gəlməkdə qeyri-adekvatlıq hissləri baş qaldırır”- deyə fikirlərini açıqlayıb. 
Gələcək qeyri-müəyyən olduqda insanların təşviş yaşadıqlarını ifadə edən Aksoy gənclərin gələcəyi dəyişdirə bilməyəcəklərinə dair inamsızlıq yaşadıqlarını açıqlayıb.

Aksoy bildirib ki, iqlim dəyişikliyi mövzusunda məlumatlılığın artırılması, gənclərin narahatlıqları və bununla necə məşğul ola biləcəkləri haqqında danışmaqla həll yolları axtarıla bilər.

İqlim anksiyetesi, depressiya və narahatlıq pozğunluqları arasında əlaqə olduğunu ifadə edən Aksoy deyib ki, iqlim dəyişikliyinin psixiatrik pozğunluqlara səbəb olduğunu bilirik. Qlobal iqlim dəyişikliyi qeyri-müəyyənlik, təsirsizlik hissi yaradır. Bu, bizim qarşımıza mühüm stressor kimi gəlir. Xüsusən də həyatının başlanğıcında olan və həyatlarını qurmaq istəyən, harada yaşayacaqlarını seçmək istəyən insanlar iqlim dəyişikliyindən psixoloji təsirlənir.

Paylaş: