Hindistanda vağzalda baş verən izdihamda ölənlərin sayı 18-ə çatıb
Hindistanın paytaxtı Yeni Dehlidə qatar stansiyasında yaranan izdihamda ölənlərin sayı 18-ə çatıb. Hindistan mətbuatında yer alan xəbərə görə, paytaxt Yeni Dehli Qatar Stansiyasından Prayagraj şəhərinə 2 reys təxirə salındıqdan sonra dünən baş verən izdihamda həyatını itirənlərin sayı ilə bağlı səlahiyyətlilər açıqlama verib.
İzdihamda ölənlərin sayının 5-i uşaq olmaqla 18-ə yüksəldiyi, 10-dan çox insanın yaralandığı bildirilib.
Hadisə şahidləri bildiriblər ki, Prayaqracda festivala getmək üçün stansiyaya gələn sərnişinlər izdiham yaratmamaq barədə xəbərdarlıqlara əməl etməyiblər.
Hindistanın baş naziri Narendra Modi X sosial media hesabında izdiham nəticəsində həyatını itirənlər üçün kədərini bölüşüb.
Çində hərbi peykləri izləyə bilən...
Moskvada güclü yanğının söndürülməsinə...
ABŞ-də iki təyyarə toqquşub, ölənlər var...
Araşdırma: Avropada ömür uzunluğu artımı...
Alimlər xərçənglə mübarizədə iştirak...