Egeydə 48 saat ərzində 200-dən çox zəlzələ olub
Son 48 saat ərzində Egey dənizində 200-dən çox zəlzələ baş verib ki, bunların da ən böyüyü 4,5 bal gücündə olub. Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Egey dənizində baş verən zəlzələlərdən sonra fövqəladə toplantı keçirmək qərarına gəlib.
Yunanıstanın Santorini adasında və ətrafında seysmik aktivlik güclənir. Son günlər vulkanik ada olan Santorinidə bir çox vulkanik fəaliyyət qeydə alınıb.
Zəlzələlərin Santorinidəki vulkanla bağlı olmadığı açıqlanıb. Santorininin də daxil olduğu Kiklad adaları bölgəsində son 48 saat ərzində 200-dən çox zəlzələ baş verib.
Məsələ ilə bağlı baş nazir Mitsotakisin rəhbərliyi ilə fövqəladə komitə toplanıb. Dörd adada məktəblər bağlanıb, keçiriləcək tədbirlər ləğv edilib.
Əraziyə xilasedicilər qrupu cəlb edilib. Dron operator komandası və xilasedici helikopter də Santorinidə hazır vəziyyətdədir.
Santorini, Amorgos və Los adalarında mobil sağlamlıq bölmələri yaradılıb.
Gen terapiyası körpələrdə görmə...
Üzün tanınmasında beynin hansı bölgələri...
İngiltərənin yoxsul bölgələrində...
Türkiyədə sərnişin avtobusu aşıb, 37...
Braziliyada avtobusla yük maşını...