Dmitriy Peskov: “Bundan sonra ABŞ ilə müharibədən deyil, sülhdən danışacağıq”
Kremlin sözçüsü Dmitriy Peskov Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığının dialoq üçün güclü siqnal olduğunu bildirib və “Artıq müharibədən deyil, sülhdən danışacağıq”-deyib.
Peskov “Rossiya-1” telekanalına müsahibəsində Rusiya və ABŞ münasibətləri və Ukrayna böhranının həlli ilə bağlı açıqlamalar verib.
Ötən həftə Putinlə Tramp arasında telefon danışığını dəyərləndirən Peskov "Bu, artıq dialoq yolu ilə problemləri həll etməyə çalışacağımıza dair güclü bir siqnaldır. Artıq müharibədən deyil, sülhdən danışacağıq"-deyə fikirlərini açıqlayıb.
Keçmiş ABŞ rəhbərliyi ilə dialoqun olmadığına diqqət çəkən Peskov Trampın problemlərin dialoq yolu ilə həllinə yanaşmasını dəyərləndirdiklərini bildirib. Putinlə Tramp arasında təkbətək görüşün xüsusi hazırlıq tələb etdiyini deyən Peskov keçmiş SSRİ-nin İkinci Dünya Müharibəsində faşist Almaniyasını məğlub etməsinin 80-ci ildönümü ilə bağlı 9 May Qələbə Günündə keçiriləcək tədbirlərdə Tramp da daxil olmaqla istənilən dövlət başçısının iştirakından məmnun olacaqlarını bildirib.
Çində hərbi peykləri izləyə bilən...
Moskvada güclü yanğının söndürülməsinə...
ABŞ-də iki təyyarə toqquşub, ölənlər var...
Araşdırma: Avropada ömür uzunluğu artımı...
Alimlər xərçənglə mübarizədə iştirak...