COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb
Azərbaycanda yeni növ koronavirusla (COVID-19) mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb.
Fhnews.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.
Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti aprel ayına qədər uzadılıb.
FHN: Ötən sutka ərzində 28 yanğına çıxış...
ADY-nin qatarları qarlı-çovğunlu hava...
AZAL-ın təyyarələri qarlı-çovğunlu hava...
Qubada zəlzələ baş verib...
Xocalı rayonunda mina hadisəsi baş...