22 fevral 2025, şənbə Bakı, 0°C
IMG-LOGO

Bu gün bitkoinin dəyəri 100 min dollara kimi düşüb

03-02-2025
IMG

Dünyada ən böyük və ən məşhur kriptovalyuta olan bitkoin bu gün səhər Asiyada 94.476.18 ABŞ dollarına kimi düşüb. Bu isə üçhəftəlik minimum olan 91,441.89 ABŞ dolları səviyyəsinə kimi enməyə yaxındır. Ondan aşağı pillədə olan efirin dəyəri isə 24 faiz düşüb. Bu kriptovalyuta sonuncu dəfə sentyabr ayının əvvəlində düşmüşdü.

Qeyd edək ki, həftəsonu ABŞ Prezidenti Donald Tramp Meksika və Kanadaya qarşı 25, Çinə qarşı isə 10 faizlik rüsum tətbiq edib. ABŞ-nın ən böyük ticarət tərəfdaşları olan Kanada və Meksika təcili cavab tədbirləri görəcəklərinə söz vermişdilər. Çin isə Dünya Ticarət Təşkilatında Trampın rüsum qərarını mübahisələndirəcəyini bəyan etmişdi.

Paylaş: