20 fevral 2025, cümə axşamı Bakı, 1°C
IMG-LOGO

Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti Azərbaycan İdman Akademiyasında təlim keçib

16-02-2025
IMG

Böyük Britaniyanın UCL Universitetinin professoru, Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti professor Maykl Luzmorun “İdman tibbində diz zədələnmələri. Diaqnostika, müalicə və reabilitasiya” mövzusunda elmi-praktik təlimi yekunlaşıb.

Akademiyadan verilən məlumata görə, təlimçi 3 gün ərzində idman sektorunda çalışan həkimlərə dizin təkamülü, onun anatomiyası və diz biotexnikası, medial kollateral bağ və s. haqqında ətraflı məlumat verib.

Həmçinin britaniyalı professor təlim prosesində təcrübələrini əyani formada nümayiş etdirib.

Paylaş: