Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları bəlli olub
Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan idmançıları bəlli olub.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, batut gimnastikası üzrə yarışda ölkəmizi qadınlar arasında Selcan Mahsudova və Şəfiqə Hümbətova, kişilərin yarışında isə Nicat Mirzəyev (fərdi və sinxron çıxışlar), Mehdi Əliyev (fərdi çıxış), Əli Niftəliyev təmsil edəcəklər. Turnirdə ilk dəfə olaraq batut gimnastikası üzrə qarışıq sinxron cütlüklər çıxış edəcək.
Tamblinq üzrə yarışda isə milli komandanın üzvlərindən Tofiq Əliyev, Adil Hacızadə, Hüseyn Əsədullayev və Aleksey Karataşov qüvvəsini sınayacaq.
Fevralın 22-23-də Milli Gimnastika Arenasında təşkil olunacaq Dünya Kubokunda 16 ölkədən idmançılar mübarizə aparacaqlar.
Bakıda batut gimnastikası və tamblinq...
Azərbaycanın idman gimnastı Dünya...
Azərbaycanın daha iki boksçusu...
Azərbaycan atleti Türkiyədə gümüş medal...
Azərbaycan badminton üzrə Avropa...