Azərbaycanın 6 boksçusu Serbiyadakı beynəlxalq turnirdə iştirak edəcək
Fevralın 5-də Serbiyanın paytaxtı Belqradda boks üzrə beynəlxalq turnir start götürəcək.
Fhnews.az xəbər verir ki, 5 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.
Belqradda yığmanın heyətində Anaxanım İsmayılova (48 kiloqram), Marjona Savriyeva (50 kiloqram), Zeynəb Rəhimova (54 kiloqram), Aynur Mikayılova (57 kiloqram), Emili Rzayeva (70 kiloqram) və Aynur Rzayeva (+81 kiloqram) gücünü yoxlayacaq.
Qeyd edək ki, bu gün səfərə yollanan boksçular fevralın 10-da Bakıya qayıdacaqlar.
Beynəlxalq Oxatma Federasiyasının...
Dünya Seriyası: Azərbaycan basketbol...
Avropa birinciliyi: Azərbaycanın 5...
Azərbaycan parataekvondoçusu Cənubi...
Azərbaycanın 4 parataekvondoçusu Cənubi...