AFAD: Egey dənizindəki hadisələri yaxından izləyirik
AFAD xəbər verir ki, 28 yanvar 2025-ci il tarixindən etibarən intensivləşməyə başlayan zəlzələlərin sayı hazırda 400-ü keçib. Türkiyənin sahillərinə ən yaxın zəlzələ 140 km aralıda baş verib.
Xatırladaq ki, Egey dənizində 1-3 fevral tarixlərində ən kiçik maqnitudası 1,3, ən böyük gücü isə 4,8 bal gücündə zəlzələlər qeydə alınıb.
Açıqlamada zəlzələlərin Yunanıstanın Santorini adasının təxminən 25 kilometr şimal-şərqində meydana gəldiyi və dərinliklərinin 5 ilə 25 kilometr arasında dəyişdiyi, Türkiyə sahillərinə ən yaxın zəlzələnin isə 140 kilometr məsafədə baş verdiyi bildirilib.
Qeyd edək ki, eyni bölgədə 2011-2012-ci illərdə də oxşar intensiv seysmik aktivlik yaşanmış və 14 ay davam edən zəlzələlər heç bir vulkanik aktivliyə səbəb olmamışdı. AFAD dəqiq məlumat üçün rəsmi mənbələrdən verilən açıqlamaların nəzərə alınmasının vacibliyi vurğulayaraq bildirir ki, alim və tədqiqatçılar AFAD ilə sözügedən seysmik aktivliyi müxtəlif aspektlərdən (zəlzələ, vulkanik aktivlik, sunami və s.) qiymətləndirirlər. “Vətəndaşlarımızdan xahiş olunur ki, sosial şəbəkələrdə yayıla biləcək dezinformasiya xarakterli yazılara əhəmiyyət verməsinlər və dəqiq məlumat üçün rəsmi mənbələri izləsinlər.”-deyə AFAD bəyan edib.
Gen terapiyası körpələrdə görmə...
Üzün tanınmasında beynin hansı bölgələri...
İngiltərənin yoxsul bölgələrində...
Türkiyədə sərnişin avtobusu aşıb, 37...
Braziliyada avtobusla yük maşını...