AB liderləri Brüsseldə bir araya gəlib
Avropa İttifaqı liderləri tarixlərində ilk dəfə müdafiə mövzusunda sammit keçirmək üçün bir araya gəliblər. AB Şurasının sədri Antonio Kosta qeyri-rəsmi zirvədən əvvəl verdiyi açıqlamada "Biz ilk dəfə yalnız müdafiəyə həsr olunmuş toplantıda bir araya gəlirik"- deyib.Avropa İttifaqı liderləri bu gün keçirilən ilk müdafiə sammitində hazırkı geosiyasətdə Avropanın müdafiəsini gücləndirmək yollarını müzakirə edəcəklər.
Kosta bildirib ki, sammitdə müdafiə prioritetləri, bunlar üçün lazımi maliyyənin necə təmin ediləcəyi və mövcud tərəfdaşlıqların necə inkişaf etdirilməsi müzakirə olunacaq.
AB Komissiyasının müdafiə strategiyası ilə bağlı 'Ağ bülleten' adlı sənəd hazırladığını ifadə edən Kosta 19 martda keçiriləcək sammitdə alınacaq qərarların açıqlanması planlaşdırılan sənədin bu sahədə asanlaşdırıcı rol oynamasını gözlədiyini ifadə edib.
Gen terapiyası körpələrdə görmə...
Üzün tanınmasında beynin hansı bölgələri...
İngiltərənin yoxsul bölgələrində...
Türkiyədə sərnişin avtobusu aşıb, 37...
Braziliyada avtobusla yük maşını...