ƏƏSMN 2019-2024-cü illərdə büdcəyə qaytarılan vəsaitin həcmini açıqlayıb
Son 6 ildə əhaliyə ödənişlər 3,1 milyard manat (2024-cü ilin operativ məlumatları ilə 2018-ci ilin faktiki məlumatlarının müqayisəsi) artıb, əlavə olaraq 2019-2024-cü illərdə büdcəyə ümumilikdə 1,6 milyard manat vəsait qaytarılıb.
Fhnews.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 2024-cü ilin yekunlarına dair hazırladığı hesabatda qeyd olunub.
Hesabatda bildirilib ki, dövlət büdcəsindən transfertin Dövlət Sosial Müdafiə Fondunun gəlirlərindəki payı 38%-dən (01.01.2018-ci il tarixinə) 18%-ə (2024-cü ilin operativ büdcəsi üzrə) düşüb. Bölüşdürülməmiş vəsaitin işlənməsi mümkün olan hissəsi (1 milyard 277 milyon manat) tam şəkildə bölüşdürülüb. Fərdi uçotda qeydiyyata alınan sığortaolunanların sayı 5,2 milyon nəfər təşkil edib.
MEDİA: Bir sıra sosial şəbəkələrdə...
Bu gün Bakının 549 küçəsi yuyulub...
Nazir Kəmaləddin Heydərov BMMT-nin yeni...
Dünya səyyahları Cəbrayılda mina...
Sabah 41 dərəcə isti olacaq...