5 min illik mumiyaların sirri
Böyük Britaniyanın London Universitet Kolleci və Sloveniyanın Lyublyana Universitetinin tədqiqatçıları Qədim Misir mumiyalarının gözlənilməz dərəcədə yaxşı qoxular verdiyini aşkar ediblər. Misirin paytaxtı Qahirədə Misir Muzeyində nümayiş etdirilən 5000 illik 9 mumiya üzərində aparılan araşdırmalar qədim mumiyaların ədviyyatlı və şirin qoxulara malik olduğunu üzə çıxarıb.
UCL Davamlı İrs İnstitutunun Tədqiqat Direktoru Sesiliya Bembibre bildirib ki, filmlərdə və kitablarda mumiyaların pis qoxu yaydığına dair ümumi təsəvvür var. Bununla belə, apardığımız təhlillər göstərir ki, mumiyaların xoş qoxuları var.
Misir Muzeyində sərgilənən 5000 illik 9 mumiya üzərində aparılan araşdırmalar zamanı kiçik borular vasitəsilə qoxu nümunələri götürülüb. Araşdırmada mumiyaların ölümə hazırlanmasında istifadə edilən ətirli yağların və şamların hələ də xoş qoxular yaydığı, lakin zamanla bəzi xoşagəlməz qoxuların da ortaya çıxdığı ifadə edilib.
Bununla belə, tərkibində istifadə edilən birləşmələrin deqradasiyası nəticəsində yaranan zəif pendir, qusma və sidik qoxuları da aşkar edilmişdir.
Çində hərbi peykləri izləyə bilən...
Moskvada güclü yanğının söndürülməsinə...
ABŞ-də iki təyyarə toqquşub, ölənlər var...
Araşdırma: Avropada ömür uzunluğu artımı...
Alimlər xərçənglə mübarizədə iştirak...