Sosial-iqtisadi inkişaf Strategiyası üzrə görülmüş işlərin icra vəziyyəti müzakirə edilir
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2024-cü ilin yekun monitorinq və qiymətləndirməsinə dair ümumi hesabatın müzakirələrinə start verilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, müzakirələrdə ötən il hədəflənmiş işlərin icra vəziyyəti müzakirə edilir. “İqtisadi artım”, “Makroiqtisadi dayanıqlılıq”, “İnklüziv sosial inkişaf və sosial təminat”, “İnsan kapitalı və təhsil”, “İnnovasiya”, “Sağlam həyat tərzi”, “Ekoloji məsələlər”, “Yaşıl enerji məkanı” İşçi qruplarının görüşləri barədə məlumatı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu www.monitoring.gov.az saytından (Təqvim bölməsindən) əldə etmək mümkündür. Bu rəsmi saytın rəqəmsal təqvimi vasitəsilə görüşlər barədə əvvəlcədən məlumatlar təqdim olunur.
Bakı metrosunun iş vaxtı 1 saat...
Azərbaycanda coğrafi məlumatlara dair...
Sosial-iqtisadi inkişaf Strategiyası...
ADY Bakı-Ağstafa-Bakı marşrutu üzrə...
Avropa İttifaqı keçən il elektrik...