22 yanvar 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Trampın "atomun parçalanması" ilə bağlı bəyanatı rezonans doğurub

21-01-2025
IMG

ABŞ-nın 47-ci prezidenti Donald Tramp andiçmə mərasimində ABŞ-nın nailiyyətlərindən danışarkən “Amerikalılar səhraları keçdi, Vəhşi Qərbə qalib gəldi, köləliyə son qoydu və atomu parçaladı”-deməsi ciddi reaksiyalara səbəb olub.Xüsusilə onun  atomun parçalanması ilə bağlı sözləri yeni zelandiyalıların reaksiyasına səbəb olub.

Yeni Zelandiyalılar "elementlərin parçalanması və radioaktiv maddələrin kimyası ilə bağlı araşdırmalarına görə" kimya üzrə Nobel mükafatı alan Ernest Ruterfordun süni nüvə reaksiyasına başlayaraq atomu parçalayan şəxs olduğunu iddia edirlər.

Yeni Zelandiya mətbuatında atomun İngilis, Yeni Zelandiya və ya Alman alimləri tərəfindən parçalanması ilə bağlı müxtəlif müzakirələr aparıldığı, lakin bu alimlərin heç birinin Amerikalı olmadığı bildirilib.

Bəzi mənbələr atomu parçalayan ilk şəxsin Ruterford olduğunu, digərləri isə Ruterfordun məlum atom modelini eksperimental olaraq kəşf etdiyi, alman fiziki Otto Hahn isə atomun parçalana biləcəyini eksperimental olaraq nümayiş etdirən alim olduğunu iddia edir.

ABŞ Enerji Departamentinin Tarixi və İrs Resursları Ofisindən alınan məlumatlar da atomun ingilis alimi Con Duqlas Kokkroft və irlandiyalı alim Ernest Uolton tərəfindən parçalandığını göstərir.

Məlumatlar Ruterfordun atomun quruluşunun modelini yaratdığını göstərir.

Paylaş: