22 yanvar 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

ABŞ-da “TikTok” qadağan edildi

19-01-2025
IMG

Çin sosial şəbəkə tətbiqi “TikTok” Amerika şirkətinə satılmadığı təqdirdə ABŞ-da qadağan ediləcəyini nəzərdə tutan qanuna uyğun olaraq ölkədə istifadə üçün bağlanıb.

ABŞ-da 170 milyondan çox istifadəçisi olan “TikTok”-a daxil olmaq istəyən istifadəçilər "Üzr istəyirik, hazırda “TikTok” istifadə edilə bilməz. ABŞ-da “TikTok”-u qadağan edən qanun qüvvəyə minib. Təəssüflər olsun ki, siz hazırda “TikTok”-dan istifadə edə bilməzsiniz." mesajı ilə qarşılanıb.

Mövzu ilə bağlı dünən verdiyi açıqlamada ABŞ-nın yeni seçilmiş prezidenti Tramp müvafiq qanuna əməl etmək və qadağadan qaçmaq üçün “TikTok”-a əlavə 90 gün vaxt verməyi düşündüyünü açıqlayıb.

Xatırladaq ki, ABŞ Ali Məhkəməsi cümə günü Çinin “TikTok” sosial şəbəkə platformasının satılmadığı təqdirdə ABŞ-da qadağan edilməsini nəzərdə tutan qanunun tətbiqini təsdiqləyib.

Paylaş: