İran Prezidenti Məsud Pezeşkian Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyasının 16-cı iclasında iştirak etmək məqsədilə İranda səfərdə olan, Azərbaycan Respublikasının Baş nazirinin müavini, komissiyanın Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Fhnews.az xəbər verir ki, görüşdə Azərbaycan-İran əlaqələrinin mövcud vəziyyəti və gələcək inkişaf pespektivləri müzakirə olunub, o cümlədən iqtisadiyyat, nəqliyyat, energetika, ticarət, investisiya və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və həyata keçirilən birgə layihələrin önəmi vurğulanıb.
Görüşdə, həmçinin regional və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
“SİMA İmza” tətbiqinin yüklənmə sayı 3...
Ötən il İran ilə Azərbaycan arasında...
Ötən il zavodlarda 1088 gəmi təmir...
“Baku Steel Company” QSC Amerika Neft...
Mərkəzi Bank bu il də valyuta bazarında...