Böyük Britaniyada ilk dəfə göz yuvasından şiş çıxarılıb
Böyük Britaniyada ilk dəfə olaraq həkimlər baş nahiyəsində yerləşən şişi göz yuvasından keçərək minimal invaziv üsulla çıxarmağa nail olublar.
Fhnews.az “The Standard”a istinadla xəbər verir ki, Ruvimbo Kaviya adlı xəstə beynin alt hissəsində və gözlərin arxasında yerləşən boşluqdan meningioma adlı şişin çıxarılması əməliyyatını keçirib.
Bu tip şişlər daha əvvəl çox vaxt çıxarıla bilməyən hesab olunurdu, çünki onlar kavernoz sinus adlanan çətin nahiyədə yerləşir. Bu növ şişlərin çıxarılması üçün ənənəvi üsulda kəllənin böyük bir hissəsinin açılması və beynin yerindən oynadılması tələb olunurdu ki, bu da çox zaman epileptik tutmalar və digər ağırlaşmalarla nəticələnirdi.
Lakin Britaniyanın Lidz tədris xəstəxanalarının NHS fondunun cərrahları ilk dəfə bu şişi göz yuvasından keçərək minimal invaziv üsulla çıxarmağa nail olublar. Mütəxəssislər əməliyyatı icra etməzdən əvvəl Ruvimbo Kaviyanın başının 3D modellərindən və daha sonra kadavr laboratoriyasında təcrübələrdən istifadə edərək əməliyyatı dəfələrlə məşq ediblər.
İranda neft obyektində yanğın baş verib...
ABŞ-da anomal soyuq hava 10 nəfərin...
Sarayevo dünyanın ən çirkli havasına...
Hindistanda iki yol qəzasında 13 nəfər...
ABŞ-da qar fırtınası...