22 yanvar 2025, çərşənbə Bakı, 10°C
IMG-LOGO

ABŞ-da anomal soyuq hava 10 nəfərin həyatına son qoyub

22-01-2025
IMG

ABŞ-ın cənub ştatlarında anomal soyuq hava nəticəsində ölənlərin sayı on nəfərə çatıb.

Fhnews.az “The New York Times” qəzetinə istinadla xəbər verir ki, ölüm halları əsasən Texas, Alabama və Corciya ştatlarında qeydə alınıb.

Birləşmiş Ştatların meteoroloji xidmətləri anomal soyuq havanın təsirinə məruz qalan ərazilərdə sürücüləri şəxsi avtomobillərdən istifadə etməməyə və insanları evdə qalmağa çağırıb. Belə ki, yolların buzlaşması səbəbindən son günlər ölkə daxilində yüzlərlə yol-nəqliyyat hadisəsi baş verib.

Texas ştatının Hyuston şəhərindəki iki hava limanında bütün uçuşlar təxirə salınıb. Ümumilikdə son üç gündə ölkə üzrə 2000-dən çox aviareys ləğv edilib, daha 13 min reys isə gecikib.

Luiziana, Missisipi və Alabama da daxil olmaqla, əksər cənub ştatlarında qar fırtınası səbəbindən tarixdə ilk fövqəladə vəziyyət elan edilib. Bir çox məktəblər fəaliyyətini dayandırıb.

Həftəsonu ABŞ-ı Arktika siklonu vurub. Ekstremal hava şəraitinin daha bir neçə gün davam edəcəyi proqnozlaşdırılır.

Paylaş: