22 yanvar 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Ümumdünya Turizm Təşkilatı: “2024-cü ildə dünya üzrə 1,4 milyard insan səyahət edib”

22-01-2025
IMG

Birləşmiş Millətlər Təşkilatının  Dünya Turizm Təşkilatı 2024-cü ildə dünya üzrə 1,4 milyard insanın ölkələr arasında səyahət etdiyini və bu rəqəmlə beynəlxalq turizm sektorunun tarixində ən pis böhran olan COVID-19 epidemiya dövrünü (2020-2021) geridə qoyduğunu açıqlayıb. 

Qərargahı İspaniyanın paytaxtı Madriddə yerləşən  Təşkilatın verdiyi açıqlamaya görə, 2024-cü ildə 1,4 milyard insan beynəlxalq səyahətlər edib ki, bu da əvvəlki illə müqayisədə 11 faiz  artım deməkdir. 

2019 və 2024-cü illərin rəqəmlərinin müqayisəsinə görə, COVID-19 epidemiyasından əvvəl ziyarətçilərin ən yüksək artımı Yaxın Şərq, Avropa və Afrikada qeydə alınıb.

Ötən il Yaxın Şərqə 95 milyon insan , Afrikaya 74 milyon,  Avropaya isə 747 milyon insan səfər edib.

Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili bildirib ki,qlobal turizm 2024-cü ildə epidemiyadan sonra bərpa prosesini tamamlayıb. Keçən ilki məlumatlarda turistlərin gəlişi və xüsusilə bir çox yerlərdə gəlirlər 2019-cu ilə nisbətən daha yüksək olub. 

Pololikaşvili  dünya turizmində güclü tələbat səbəbindən artımın 2025-ci ildə də davam edəcəyinə ümid etdiyini deyib.

Paylaş: