22 yanvar 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

İdxal zamanı yararsız olduğu aşkarlanan məhsullar məhv edildi

21-01-2025
IMG

Nəzarət tədbirləri çərçivəsində idxal olunan bir sıra məhsul partiyalarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, uyğunsuzluqlar əsasən idxal olunan məhsulda karantin tətbiq edilən zərərli orqanizmlərin aşkarlanması və ya normativ sənədlərin tələblərinə görə istifadəyə yararsız olması ilə bağlıdır.

Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

Məhsulun adı

Məhsulun miqdarı

İdxalçı

Mənşə ölkəsi

İstehsalçı

Məhsul partiyası/seriya nömrəsi, istehsal və son istifadə tarixi

1

Toxumluq kartof

40800 kq

Fiziki şəxs Qaçabəyova Nayida İbrət qızı

Rusiya Federasiyası

OOO "Vesna"

Partiya 1

2024

2

Ərzaqlıq kartof

23600 kq

Fiziki şəxs Süleymanova Gövhər Süleyman qızı

İran İslam Respublikası

"AMEL MİRGASEMİ"

20.10.2024

-

20.01.2025

3

Konfet

2500 kq

"YEDCON" MMC

İran İslam Respublikası

"SAYEDALI KHOSRAVI"

01.10.2024

-

02.10.2025

4

Qırmızı pul bibər

960 kq

"King Foods" MMC

Özbəkistan Respublikası

"Bogbod Fruits" MMC

09.10.2024

-

09.10.2026

5

"Hanxloksidin-XT” əmtəə nişanlı baytarlıq preparatı

240 ədəd 5 litrlik qablaşdır-mada

"AVC Agro" MMC

Vyetnam Sosialist Respublikası

Pharmaceutical and Veterinary Material JSC

"GMP-WHO Factory"

Partiya N 689     13.04.2024

-

03.04.2026

Faktlarla bağlı müvafiq qərar qəbul olunaraq məhsul partiyaları məhv edilib.

Paylaş: