22 yanvar 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Finlandiyada koronavirusa qarşı peyvənd sınaqdan keçirilir

21-01-2025
IMG

Yanvarın 21-də Finlandiyada koronavirusa qarşı peyvəndinin yaradıcısı “Rokote Laboratories Finland” yeni preparatın insanlar üzərində sınaqlarına başlayıb.

Fhnews.az xəbər verir ki, şirkət Finlandiyanın hakimiyyət orqanlarından bu burun peyvəndinin ilk klinik sınağını keçirmək üçün icazə alıb.

“Yle” agentliyi xəbər verir ki, araşdırma Kuopio Universiteti xəstəxanasında aparılır.

Ehtimal edilir ki, şirkətin burun peyvəndi koronavirusa qarşı güclü immun müdafiəni təmin edəcək, bu da yoluxmanın və virusun çoxalmasının qarşısını alacaq. Preparatın burun vasitəsilə tətbiqinin üstünlüyü onun sadəliyindədir, çünki bu, əhalinin daha az resurslarla kütləvi peyvənd edilməsinə və vaksinasiyanı tez bir şəkildə təşkil etməyə imkan verəcək.

Tədqiqat zamanı vaksinin uyğun dozası müəyyən ediləcək, həmçinin burun peyvəndinin hansı üsul ilə sprey və ya damcı vasitəsilə daha yaxşı tətbiq olunduğu yoxlanılacaq. Peyvənd 18-75 yaş arası sağlam könüllülərə vurulacaq. Tədqiqat təxminən dörd ay davam edəcək.

Paylaş: