22 yanvar 2025, çərşənbə Bakı, 9°C
IMG-LOGO

Cənubi Koreya hava limanlarında fövqəladə enişlərlə bağlı plan hazırlayıb

22-01-2025
IMG

Cənubi Koreyada hökumət 29 dekabr 2024-cü ildə baş verən və 179 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasından sonra ölkə daxilində bəzi hava limanlarının uçuş-enmə zolağında təhlükəli strukturların aşkar edildiyini və onların düzəldiləcəyini açıqlayıb.

“Yonhap”-ın məlumatına görə, Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi 2024-cü ilin dekabrında baş vermiş qəzadan sonra ölkə daxilində hava limanlarında fövqəladə enişlərlə bağlı potensial riskləri aradan qaldırmaq üçün plan açıqlayıb.

Açıqlamada bildirilib ki, plan ölkə daxilində qəzaların qarşısını almaq və təhlükəsizlik standartlarını artırmaq üçün hazırlanıb.

Açıqlamada “Jeju Air” təyyarəsinin eniş zamanı nəzarətdən çıxması nəticəsində qəzanın baş verdiyi Muan Beynəlxalq Hava Limanı da daxil olmaqla 7 hava limanında uçuş-enmə zolaqlarına yaxın təhlükəli strukturların aşkar edildiyi bildirilib.Bu hava limanlarında düzəlişlər ediləcək və təhlükəsizlik tədbirlərinə üstünlük veriləcək.

Nazirlik hava limanlarında uçuşlara təhlükə yaradan bəzi konstruksiyaların, o cümlədən Muan Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının sonundakı 2 metr hündürlüyündə beton konstruksiyaların söküləcəyini və ya yenidən qurulacağını açıqlayıb.

Paylaş: