Türkiyə Prezidenti yanğının baş verdiyi bölgəyə səfər edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzində baş verən yanğınla bağlı bölgəyə səfər edib.
Fhnews.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb. Bildirilib ki, Türkiyə Prezidenti və xanımı Əminə Ərdoğan bu faciədə həyatını itirənlərin dəfn mərasimlərində iştirak edəcəklər.
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən AFAD və yanğınsöndürən qruplar Kartalkaya xizək mərkəzindəki yanğının baş verdiyi “Grand Kartal” otelində yenidən fəaliyyətə başlayıblar. Otelin böyük hissəsinin taxta materialdan olması səbəbindən çökmə riskinə qarşı qabaqlayıcı tədbirlər alınır.
Xatırladaq ki, dünən gecə saatlarından başlayaraq Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzindəki oteldə baş verən yanğında 76 nəfər həyatını itirib. Yanğınla bağlı Türkiyədə bir günlük matəm elan edilib.
Ötən il Laosda təbii fəlakətlərdən 271...
Türkiyə Prezidenti yanğının baş verdiyi...
Böyük Britaniyada güclü “Eowyn”...
İranda neft obyektində yanğın baş verib...
ABŞ-da anomal soyuq hava 10 nəfərin...