Azərbaycan atıcıları Almaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
Azərbaycanın güllə atıcıları Almaniyanın Münxen şəhərində keçiriləcək ənənəvi “2025 H&N Kuboku”nda iştirak edəcəklər.
Azərbaycan Atıcılıq Federasiyasından verilən məlumata görə, ölkəmiz turnirdə 7 idmançı ilə təmsil olunacaq. Yığmanın heyətində Ruslan Lunev, Ramiz Xəlilov, Nigar Nəsirova, Leyli Əliyeva, Vladislav Kalmıkov, Jalə Bayramova və Hacı Musayev mübarizə aparacaqlar. Onlar pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarında qüvvələrini sınayacaqlar.
Turnir yanvarın 21-26-da təşkil olunacaq.
Bakıdakı Dünya Kubokunda 38 ölkənin...
Azərbaycanla Qambiya arasında gənclər və...
Belçika Açıq Cüdo turnirində çıxış...
Azərbaycan atıcıları Almaniyada...
Azərbaycanın sərbəst güləşçiləri ilin...